Gənclərin zarafatı ölümlə nəticələndi
YENİCAG.AZ xəbər verir ki, Türkiyədə dəhşətli hadisə baş verib. Beləki, dostların zarafatı ölümlə nəticələnib. 19 yaşındaki gənc, səhvən dostunu vuraraq ölümünə səbəb olub.
Hadisə, Sultanbeylidə bir cafedə baş verib. Erhan K. adlı gənc, ov tüfəngiylə oynayarkən yanlışlıqla dostu Şuayp Uzunu vurub. Nəticədə vurulan gənc hadisə yerində dünyasını dəyişib, dostu isə saxlanılıb.
Gəncin meyiti aidiyyatı qurumlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.