Gəncləşən “QATİLLƏR”: Yeniyetmələri cinayətə SÜRÜKLƏYƏN SƏBƏBLƏR – VİDEO
“Baxın, görün, sosial şəbəkələrdə nə qədər “oğru” dünyasının “qəhrəmanlar”ı uşaq və yeniyetmələrə kumir kimi təqdim olunur. Dəbdəbəli maşınlarla onların dəfn karvanları nümayiş olunur, həyat tərzləri göstərilir. Gənclər onları özlərinə kumir seçməməlidir. Bu tipli səbəblər yeniyetmə və gənclərin aqressiv davranışlarına və qətl hadisələri törətməsinə gətirib çıxarır”.
Bunu Yenicag.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev son vaxtlar günü-gündən cavanlaşan cinayət hallarının artması ilə bağlı fikirlərini bölüşərkən deyib.
Sosioloq bunun səbəblərini açıqlayıb:
“Aparılan təhlillər zamanı görürük ki, son vaxtlar cinayət hallarının cavanlaşma müşahidə olunur. Bu gün sosial şəbəkələr ailədən də çox uşaqlara təsir göstərir. Sosial şəbəkələrdə hüquqa zidd aqressiv paylaşımlar, neqativ informasiyalar gəncləri cinayət aləminə sövq edən faktorlardır”.
Ətraflı videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov