“Gənclik” stansiyasının çıxışlarından biri bağlandı

media-hightechnic-468x90

04Bakı metrosunun “Gənclik” stansiyasının çıxışlarından biri bağlanıb.

Yenicag.az apa-ya istinadən bildirir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

Onun sözlərinə görə, hazırda həmin stansiyada təmir işləri gedir: “Keçidlər təmir olunur və mərmərlərin dəyişmə prosesinə başlanılıb. Orada eyni zamanda kommunikasiya xətləri də dəyişdiriləcəyi üçün bir istiqamətdəki (Tofiq Bəhramov adına stadion) giriş-çıxış müvəqqəti bağlanıb. Amma digər giriş-çıxışlar açıqdır. Bu təmir xüsusilə sərnişinlərin az olduğu həftə sonu və bir gün qeyri-iş günü nəzərə alınaraq aparılır. Təmirə bağlanan giriş-çıxış gələn həftənin ilk iş gününə qədər açılacaq”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600