Generalın qardaşı Qubada bir ailəni məhkəməyə verdi – 5 qardaş və bir bacı…

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun qardaşı Qubada bir ailənin bütün üzvlərini məhkməyə verib.

Yenicag.az xəbər verir ki, generalın biznesmen qardaşı, Yerfi kəndinin keçmiş icra nümayəndəsi Nazim Əlixanovun 5 qardaş və bir bacı barəsində məhkəməyə müraciət etməsinin səbəbi torpaq mübahisəsidir.

Nazim Əlixanovun məhkəməyə verdiyi şəxslər bunlardır: Babayev Hafiz Şahbaba oğlu, Babayev Kamil Şahbaba oğlu, Babayev Elman Şahbaba oğlu, Babayev Elxan Şahbaba oğlu, Babayev Şamil Şahbaba oğlu və Babayeva Gülqız Şahbaba qızıdır.

Məhkəmədə maraqlı şəxs qismində Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edəcək. İşə Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, general və qardaşının Qubanının Yerfi kəndində, o cümlədən Qəçreş qəsəbəsində bir sıra otellər, villalar və digər biznes obyektləri mövcuddur. Dəfələrlə kənd sakinləri KİV-lərdə Nazim Əlixanovun onların torpaqlarını zəbt etməsi ilə bağlı məlumatlar dərc edilib.

//qaynarinfo.az