!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Genişmiqyaslı müharibə EHTİMALI: “Baş verəcək ssenari çox qorxulu olacaq”

!Reklam – Yazi

“Xüsusilə təhlükəli olan İsrailin baş naziri Benyamin Netanyahunun ritorikasıdır”.

Yenicag.az xəbər verir ki, bunu Yaxın Şərqdəki münaqişənin genişmiqyaslı müharibəyə çevrilmə ehtimalından danışan iranlı politoloq Elli Mansuri deyib.

Onun sözlərinə görə, açıq müharibə illərdir ağır repressiyalarla qarşılaşan və iqtisadi böhran altında əziyyət çəkən İran əhalisi üçün fəlakət deməkdir.

“Uzun müddətdir davam edən kölgə müharibənin indi İsrail və HƏMAS arasındakı münaqişə ilə yanaşı genişlənmə təhlükəsi var. Xüsusilə təhlükəli olan İsrailin baş naziri Benyamin Netanyahunun ritorikasıdır. Siyasi və ədalətli həll yolları tapılmazsa, baş verəcək ssenari çox qorxulu olacaq”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, İran əhalisi baş verə biləcəklər üçün çox narahatdır.

“Əhalinin bir hissəsi rejimin atacağı addımları ideologiyalarına uyğun olduğu müddətcə dəstəkləyir. Digər hissə isə sevdiyi üçün deyil, mövcud hakimiyyətə qəzəbindən İsrailə rəğbət bəsləyə bilər.

Düzdür, İsrail ordusu İranın son raket hücumlarına susur. Görünür, ABŞ və İsrail arasında danışıqlar olub və hücum dəstəklənməyib. Lakin İsrailin sözə əməl etmədiyi üçün 3 ehtimal olunan variant var.

İlk olaraq İranın nüvə obyektlərinə hücum. Bu, ABŞ tərəfindən qəti şəkildə dəstəklənmir.

İkinci ehtimal İranın neft ehtiyatlarını hədəf almaqdır ki, bu da qlobal neft böhranına səbəb ola bilər.

Son olaraq İranın hərbi bazalarına hücum qalır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

124
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv