!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Geomaqnit qasırğası daha çox kimlərə TƏSİR EDİR? – Həkim xəbərdarlıq etdi

!Reklam – Yazi

Son günlər Azərbaycanda geomaqnit qasırğası halları intensivləşib. Elə ölkəmizdə sentyabrın 11-dək geomaqnit qasırğası gözlənildiyi açıqlanıb. Bu da meteohəssas insanlara təsirsiz ötüşmür. Bəs görəsən, bu hal daha çox hansı insanlara mənfi təsir göstərir?

Mövzu ilə bağlı Yenicag.az-a danışan həkim-terapevt Şahvələd Məmmədov deyib ki, hipertoniya xəstələri geomaqnit qasırğası olan zaman ən azından krizə düşmə ehtimalları olur.

Onun sözlərinə görə, geomaqnit qasırğası bir sıra kateqoriya xroniki xəstəliyi olan insan üçün təhlükəlidir:

“O cümlədən, ürək-damar, beyin-qan dövranı pozğunluğu keçirən, hipertaniya xəstələri, tənəffüs sistemi-astma xəstələri üçün çox təhlükəlidir. Daha çox isə hipertoniklər üçün risklidir. Hipertoniya xəstələri geomaqnit qasırğası olan zaman ən azından krizə düşmə ehtimalları olur. Ona görə də bu xəstələr ehtiyatlı olmalıdır.

Geomaqnit qasırğalarından insanların çoxunun qorunması məsləhətlidir. Xroniki xəstələr isə birinci növbədə qorunması lazım olan insanlardır. Profilatik olaraq xroniki ürək, ağciyər, hipertaniya xəstələri gündəlik istifadə etdikləri dərmanların qəbulunu yaddan çıxarmamalıdırlar”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv