!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Geomaqnit qasırğası müşahidə edilir

!Reklam – Yazi

Günəş küləyinin maksimal sürəti 578 km/san-dək artıb.

Bu barədə Yenicag.az-a N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Hesabat dövründə 27 fevralda proqnozlaşdırıldığı kimi geomaqnit sahəsinin intensivliyi qısa müddətli G1 səviyyəsinə yüksəlib.

3 martda isə 28 fevralda baş vermiş TKA-nın təsiri ilə geomaqnit qasırğası başlayıb və G2 (orta) səviyyəsinədək yüksəlib. Hazırda Kp indeksi 4-ə bərabərdir.

Proqnoz günlərində (4-10 mart) C sinif alışmanın baş verməsi ehtimalı 85%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürətinin TKA-nın təsiri ilə bu gün artacağı, daha sonra normal olacağı gözlənilir.

Geomaqnit sahəsinin 5 martda sakitləşəcəyi, sonra isə sakit olacağı proqnozlaşdırılır.

COP29

www.yenicag.az

166
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv