Geosiyasi arenada Bakı-Ankara İTTİFAQI: “Türkiyə vasitəsilə Tramp administrasiyasının...”

media-hightechnic-468x90

 

“Rubionun növbəti dəfə regionda sülhün təmin edilməsinin vacibliyi ilə bağlı çağırışı Ermənistan və onun himayədarlarına növbəti dəfə ünvanlanmış açıq mesaj kimi dəyərləndirilə bilər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.

media-img_3463

O, Vaşinqtonda Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Marko Rubio arasında keçirilən görüşü şərh edərək sözügedən görüşün vacibliyindən bəhs edib:

“ABŞ-nin dövlət katibi Marko Rubio ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Vaşinqtonda keçirilmiş görüşün gündəliyinə daxil edilmiş məsələlər kifayət qədər önəmli mesajları özündə ehtiva edir. İlk olaraq onu qeyd etmək lazımdır ki, belə yüksək səviyyəli görüşlər ABŞ ilə Türkiyə arasındakı diplomatik əlaqələrin daha da gücləndirilməsi və ikitərəfli əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir”.

“Digər tərəfdən, gündəliyə daxil edilmiş məsələlər ənənəvi qaydada iki dövlətin əməkdaşlıq etdiyi sahələri və geostrateji maraqlarını əhatə edir. Məhz ona görə də Suriyada yeni təhlükəsizlik arxitekturasının yaradılması, Orta Şərqdə terrorizmlə mübarizə, eləcə də postsovet məkanında sülh prosesləri ilə bağlı müzakirələrin aparılması gözlənilən idi”, – deyə o, əlavə edib.

Analitik hesab edir ki, görüşdə Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarının müzakirə edilməsi Azərbaycan və Türkiyənin Qafqazda həlledici ölkələr olduğunu qəbul etməsindən irəli gələn amildir:

“Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqlarının görüş çərçivəsində müzakirə edilməsi isə Türkiyə-Azərbaycan ittifaqının Cənubi Qafqazda həlledici amil olması faktının ABŞ tərəfindən də qəbul edildiyinin bariz nümunəsidir. Beləliklə də Türkiyə vasitəsilə Tramp administrasiyasının Azərbaycan mərkəzli Cənubi Qafqaz siyasətinin ilkin təzahürlərini müşahidə etmək mümkündür. Həmçinin Rubionun növbəti dəfə regionda sülhün təmin edilməsinin vacibliyi ilə bağlı çağırışı Ermənistan və onun himayədarlarına növbəti dəfə ünvanlanmış açıq mesaj kimi dəyərləndirilə bilər. Nəticə etibarilə, indiki məqamda Vaşinqtondan verilən mesajların “təxribatlar yuvası” olan İrəvana xəbərdarlıq olması faktı istisna edilməməlidir”.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600