!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Geosiyasi maraqların MƏRKƏZİ: “Ermənistanın manipulyativ hərəkətləri bir gün sonlanacaq”

!Reklam – Yazi

“Ermənistanın manipulyativ hərəkətləri və dəhlizi özünün ərazi bütövlüyünə təhlükə kimi qələmə verməsi bir gün sonlanacaq”.

Bunu Yenicag.az-a açıqlamasında dünyanın aparıcı ölkələrin belə maraq dairəsində olan Zəngəzur dəhlizinin reallaşması perspektivlərindən danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, kiçik ərazini əhatə etməsinə baxmayaraq, Zəngəzur dəhlizi qlobal nəqliyyat kommunikasiyalarının vacib nöqtəsi hesab olunur.

“Çünki sözügedən marşrutun reallaşması beynəlxalq yükdaşımalarda məsafənin xeyli qısalması deməkdir. Bunun həm şimal-cənub, həm də şərq-qərb istiqamətində müşahidə edilməsi gözlənilir. Zəngəzur dəhlizi layihəsinin iştirakçı dövlətlərin maraq dairəsində olmasına səbəb məhz sadalanan amillərdir.

Bu gün qlobal əhəmiyyət daşıyan layihənin geçəkləşməməsi Ermənistanı alətə çevirən xarici mərkəzlərin geosiyasi maraqları ilə bağlıdır. Hansı ki, onlar faktiki olaraq Zəngəzur dəhlizinə region dövlətlərinin nəzarətindən kənar marşrut kimi yanaşırlar. İrəvanın dəhlizlə bağlı iddialarının təməlində öz maraqlarından daha çox xarici qüvvələrin maraqlarının bölgədə ifadəsi dayanır”, – deyə o əlavə edib.

E.Mirzəbəyli qeyd edib ki, Zəngəzur dəhlizində müxtəlif ölkələrin maraqları olsa da, ən obyektivi Azərbaycanın baxış bucağıdır.

“Biz nəqliyyat dəhlizlərinin geosiyasi məqsədlər üçün istifadəsinin əleyhinəyik. Nəqliyyat dəhlizlərinə iqtisadi fəallığın artırılması və regionun inkişafı baxımından yanaşmaq lazımdır.

Zəngəzur dəhlizi Avrasiya üçün açar nöqtə sayılır. Yəni onun reallaşması şübhəsizdir. Proseslərin necə cərəyan edəcəyindən çox şey asılıdır. Hazırda regional və qlobal maraqlar Zəngəzur dəhlizinə istiqamətlənib. Belə olan halda, Ermənistanın manipulyativ hərəkətləri və dəhlizi özünün ərazi bütövlüyünə təhlükə kimi qələmə verməsi bir gün sonlanacaq”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

266
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv