“Atəşkəsin pozulması ilə Ermənistanın silahlandırılmasını əsaslandırmaq istəyirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında atəşkəsin pozulma hallarını şərh edən hərbi ekspert Tərlan Eyvazov deyib.
Tərlan Eyvazov bildirib ki, regionda gərginliyi artırmaq üçün müəyyən qüvvələr hərəkətə keçib.
“Ermənistanı bəzi qüvvələr qızışdırır. Baxmayaraq ki, Azərbaycanın da ritorikasında müharibə var idi, ancaq son baş verən proseslər, Paşinyanın bəyanatı, prezident İlham Əliyevin Kəlbəcərə səfər etməsi bir ümid yaradır ki, tərəflər yaxınlaşacaq. Ancaq Kəlbəcər istiqamətində atəşkəs pozulur. Bu o deməkdir ki, qəsdlə edilir, gərginləşdirmək üçün addımlar atılır. Azərbaycan tərəfi də buna cavab verir. Bununla da Ermənistanın silahlandırılmasını əsaslandırmaq istəyirlər”, – deyə o qeyd edib.
Ekspert əlavə edib ki, Rusiyanın məsələyə müdaxiləsi səmimi deyil.
“Hər kəsin öz oyunu var. Yenə də iki xalqı, iki dövləti oyuna gətirib öz məqsədlərini həyata keçirmək istəyirlər.
Gürcüstanda seçkilər gəlir. Ümumiyyətlə, regionda gərginliyi artırmaq üçün müəyyən qüvvələr addımlar atır. Əsas gərginliyin artırılması həmişə Azərbaycan və Ermənistan arasında olub və bundan yararlanıblar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az