!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gərginliyi körükləyənlər: "Azərbaycanda Rusiyanın yetişdirdiyi casuslar var" - Kremlin planı nədir? / ŞƏRH

!Reklam – Yazi

“Azərbaycanın milli maraqları Rusiyanın çöküşündən, Qafqazda milli və dini konfliktlərin sönməsindən ibarətdir. Ancaq Azərbaycanda da problemlər çoxdur. Bizdə də erməni müxalifəti kimi düşünən başlar var”.

Bu fikirləri Ermənistanda sülh əleyhdarlarının qruplaşması və Rusiyanın Qarabağ problemində dominantlıq oyunlarını şərh edən Haqq Ədalət Partiyası (HƏP) Məclisinin sədri Zəlimxan Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Zəlimxan Məmmədli bildirib ki, postsovet məkanında etnik separatçılığı, erməniləri Azərbaycan və Türkiyə üzərinə yönəldən Rusiyadır:

“Rusiya siyasi sistemi üçün millətlərin azad yaşaması yox, konfliktlər üzərindən istismar olunması əsasdır. Rusiya ətrafında olan bütün ölkələrdə bunu edir. Baxmayaraq ki, Rusiyanın Ukraynada ciddi itkiləri var, ancaq Qarabağ kartını da əlindən buraxmır. Bu bir kombinasiyadır. Rusiyanın Azərbaycanın daxil olduğu bölgədə oturmasının yolu azərbaycanlılarla erməniləri toqquşdurmaqdan keçir.

Ermənistanda da, Azərbaycanda da Rusiyanın yetişdirdiyi casuslar var. Bu casualarla Rusiyanın istəyi Ermənistanı batırmaq yox, Azərbaycana zərbə vurmaqdır. Ona görə də bu casuslar var olduqca Rusiyada nicat axtaracaqlar. Putin rejiminin çöküşü casusların və konfliktin Qafqazdan yox olması deməkdir. Rusiyaya bağlı qüvvələrin işi sülh yox, konflikt, arada barışmaz mühit yaratmaqdır. O qüvvələri sülh içərisində, adam kimi yaşamaq maraqlandrmır.

İstər Türkiyə, istər Avropa Birliyi olsun, onlar iki ölkə arasında birbaşa danışıqların aparılmasında maraqlıdır. Şarl Mişellə iki ölkə rəhbərinin görüşündən sonra xoş mesajlar ortaya çıxdı. Bu, təbii ki, Rusiyanı narahat edir. Eyni zamanda, Ermənistan müxalifətini də. Paşinyanın Moskvaya dəvət olunmasının kökündə o durur ki, Rusiya Qərbə Ermənistanın arxasında durduqları mesajını vermiş olur. Paşinyanın xəttində problemin həll olması istəyi görünür”.

Səxavət Məmməd

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv