!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Geri qaytarılan Azərbaycan əsgərinin İDDİALARI: “Onun dedikləri öz təsdiqini taparsa...”

!Reklam – Yazi

“Ermənilər məsələni şişirdərək, özlərini dünyaya “hümanist” kimi göstərməyə çalışırlar”.

Bu fikirləri Ermənistanda Azərbaycan əsgərinə qarşı açılmış cinayət işinə xitam verilməsi və məsələnin necə araşdırılacağını şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmova Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmovun sözlərinə görə, Azərbaycanın müvafiq dövlət orqanları hadisəyə yönəlik bütün versiyaları diqqətlə araşdıracaq:

“Hərbi qulluqçuların mənsub olduğu ölkəyə geri qaytarıldığı hallarda müvafiq araşdırma aparılır. Araşdırılma zamanı hər hansı fakt aşkarlanarsa, o zaman zəruri tədbir görülür.

Əgər həmin əsgərə xidmət etdiyi hərbi hissədə həqiqətən, işgəncə veriilibsə belə, bu onun Ermənistana, yaxud digər ölkəyə keçməsi üçün əsas deyil.

Görünən odur ki, ermənilər məsələni şişirdərək, özlərini dünyaya “hümanist” kimi göstərməyə çalışırlar. Əsgər qayıtdıqdan sonra onun iddiaları öz təsdiqini taparsa, ona işgəncə verənlərə qarşı da mütləq qaydada tədbir görüləcək”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

730
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv