Geri qaytarılan erməni əsgərə ölkəsində – QADAĞA

media-hightechnic-468x90

1427272166_ermeni_esger_danisdidf9Könüllü şəkildə Azərbaycan əsgərlərinə təslim olan və bir müddətdən sonra geri qaytarılan Ermənistan hərbçisi Andranik Qriqoryana indiyədək valideynləri ilə görüşməyə icazə verilmir.

media-banner_tkm

Bu haqda Ermənistanda çıxan “Joxovurd” qəzeti məlumat yayıb.
Qriqoryanın yeznəsi Armen Arutyunyan bildirib ki, tibbi müayinədən sonra Andraniki sorğu-sual üçün polis bölməsinə aparıblar: “Biz onun evə nə vaxt buraxılacağı ilə davamlı olaraq maraqlanırıq. Deyirlər ki, Azərbaycanda saxlanıldığı 8 ay müddətində başına gələnləri danışıb, dediklərini başa düşdükdən sonra onu evə buraxacaqlar. İndiyə kimi qohumlardan heç kim onu görməyib”.

Qeyd edək ki, Azərbaycan Respublikası beynəlxalq humanitar hüquq normalarını əsas götürərək 2015-ci il martın 22-də könüllü şəkildə Azərbaycan hərbçilərinə təslim olan Ermənistan hərbçisi, 1991-ci il təvəllüdlü Qriqoryan Andranik Araratoviçi noyabrın 18-də azad edərək qarşı tərəfə qaytarıb.

Proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib(report).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05