Gigiyena və Epidemiologiya Mərkəzində qanun pozuntusu

media-hightechnic-468x90

54654Gigiyena və Epidemiologiya Mərkəzində qanun pozuntuları aşkar edilib. Hesablama Palatasının Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzində apardığı yoxlama nəticəsində Mərkəz tərəfindən hüquqi və fiziki şəxslərə göstərilmiş xidmətlərə görə müəyyən olunmuş haqların ödənilməsinin düzgünlüyü yoxlanıldıqda məlum olub ki, adı çəkilən qiymət cədvəlində bəzi xidmət növləri, o cümlədən “laboratoriya müayinələrinin qiyməti nəzərə alınmadan gigiyenik sertifikatın, sanitariya pasportlarının, gəmi şəhadətnamələrinin və s. verilməsi” xidmət növləri üzrə ödənilən haqların məbləği əvvəlki illərlə müqayisədə əsas olmadan növbəti il üçün bir neçə dəfə azaldılıb.

Hesablama Palatası bu növ halların aradan qaldırılması, habelə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən göstərilən ödənişli tibbi xidmətlərin dəyərinin aparılan laboratoriya müayinələrinin dəyəri ilə uyğunlaşdırılması məqsədilə laboratoriya müayinələrinə sərf olunan bütün xərclərin (əmək haqqı xərclərinin, materialların, o cümlədən reaktivlərin və sair) məbləğlərinin nəzərə alınmasını məqsədəmüvafiq hesab edib.

Palata Nazirlər Kabinetinə təklif edib ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən göstərilən ödənişli tibbi xidmətlərin növləri və həmin xidmətlərə görə hüquqi və fiziki şəxslər tərəfindən ödənilən haqlar Tarif (qiymət) Şurası tərəfindən təsdiq olunsun. (lent.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600