Gimnastlarımız Avropa çempionatında daha üç qızıl medal qazandılar

media-hightechnic-468x90

Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandasının üzvləri Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında daha üç qızıl medal qazanıblar.

Yenicag.az xəbər verir ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu (gənclər), eləcə də Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans hərəkətlərində, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Bununla da akrobatika gimnastikası üzrə Azərbaycan millisinin qitə çempionatında qazandığı medalların sayı doqquza çatıb. Yığma daha əvvəl 4 qızıl və 2 gümüş mükafat əldə edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600