Gizli kəşfiyyat şəbəkəsi DAĞIDILIR – Ermənistandakı Aİ missiyasına SON

media-hightechnic-468x90

“Sülh varsa, hərbi missiyanın fəaliyyətinə də ehtiyac yoxdur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

media-mehemmedesedullazade1

Analitik Vaşinqtonda imzalanan sülh sazişinin bəndlərindən biri olan və Ermənistanda qanunsuz fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) xarici kəşfiyyatçı missiyanın Ermənistandan çıxarılma ehtimalını şərh edib.

M. Əsədullazadə qeyd edib ki, Fransanın əlaltısı olan bu missiya artıq fəaliyyətini dayandırmaq məcburiyyətindədir:

“Avropa İttifaqının mülki missiyası təbii ki, Fransa tərəfindən reallaşdırılmışdı və planlı şəkildə Azərbaycana qarşı istifadə edilirdi. Məqsəd Fransanın regionda hərbi iştirakını növbəti mərhələdə təmin etmək idi. Avropa İttifaqının mülki missiyası Fransanın kəşfiyyatçılarından ibarət idi. Bunlar Azərbaycanla şərti sərhəddə müşahidə aparır, dislokasiya yerlərini Fransaya ötürürdü. Məqsəd isə növbəti təxribatlarda Azərbaycana qarşı dəqiq zərbələr vurmaqdan ibarət idi. Həmçinin Fransanın da burada hərbi mövcudluğunu müharibə vaxtı təmin etmək məqsədi vardı”.

Politoloq Ermənistanda fəaliyyət göstərən və mandatı yeni uzadılmış bu “missiya”nın şərti sərhəddə qalmasına ehtiyac olmadığını və yaxın zamanda Ermənistandan çıxarılacağını qeyd edib:

“Adı Avropa İttifaqı olsa da, burada, əsasən, Fransa və Kanadadan olan kəşfiyyatçılar və hərbi təlimatçılar idi. Azərbaycanda məhz haqlı olaraq buna etiraz edirdi. Onların regionda legitimliyini qəbul etmirdi, tezliklə onların şərti sərhəddən çıxarılmasını tələb edirdi. Azərbaycanla Ermənistan arasında sülh sənədi paraflanıb, birgə bəyanat qəbul olunub. Düşünürəm ki, onların artıq fəaliyyətinə ehtiyac yoxdur və onlar Ermənistandan çıxarılmalıdır. Rəsmi mənbələrə görə, onların fəaliyyəti dayandırılacaq və Ermənistandan xaric ediləcək – baxmayaraq ki, onların mandatı uzadılmışdı. Sülh varsa, hərbi-mülki missiyanın fəaliyyətinə də ehtiyac yoxdur”.

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa