GMO məhsullarının real qadağası mümkün olacaqmı?

media-hightechnic-468x90

f4e62ff7a3c62eb96a60496430031c7eVüqar Bayramov: “Sözügedən qadağanın işləməsi yerli istehsalın genişlənərək, tələbatı ödəməsindən və xarici idxaldan asıllığın aradan qaldırılmasından asılı olacaq”

Milli Məclisin son iclasında Cinayət və İnzibati Xətalar Məcəlləsinə ediləcək dəyişikliklər müzakirə olunub. Bu dəyişikliklər xüsusən də genetik modifikasiya olunmuş məhsullarla bağlıdır. Qanuna müvafiq olaraq GMO məhsullarının ölkəyə gətirilməsinə rəsmi qadağa qoyulub. Ona əməl etməyənləri ciddi cərimələr, hətta həbs cəzası da gözləyir.

Qeyd edək ki, GMO məhsulu dünyada geniş yayılıb. ABŞ və Avropanın bir sıra aparıcı ölkələrində GMO məhsulun əhalinin istifadə etdiyi ərzağın çəkisində mühüm yer tutur.
Hansı ki, Azərbaycan da həmin dünya ölkələri ilə sıx əməkdaşlıq qurub. Bu vəziyyətdə görəsən, qadağa qoyulsa da belə, GMO-nun qarşısını almaq mümkün olacaqmı?

Yenicag.az-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov etiraf etdi ki, rəsmi qadağaya baxmayaraq, GMO məhsullarının ölkəyə gətirilməsinin qadağan edilməsi çətindir: “Sözügedən məhsulların kifayət qədər böyük dövriyyəsi var. Həmin məhsullar dünyanın inkişaf etmiş ölkələri tərəfindən istehsal olunur. Amma ərzaq təhlükəsizliyi və keyfiyyətli ərzaqla təmin olunma baxımından həmin məhsulların Azərbaycana daxil olması arzuolunan deyil. Bütün hallarda həmin məhsulların ölkəyə gətirilməsinin tamamilə qarşısının alınması zaman tələb edir. Məsələnin qısa müddətdə reallaşması mümkünsüzdür. Azərbaycan yerli istehsalı genişləndirə və bunun hesabına ölkənin ərzaq, kənd təsərrüfatı məhsullarına tələbatını ödəyə bildiyi halda, GMO məhsullarının ölkəmizə gətirilməməsi daha məqsədəuyğundur. İndiki halda isə yerli istehsal tələbatı tam ödəyə bilmir. O, baxımdan sözügedən qadağanın işləməsi birbaşa ölkəmizin yerli istehsalı genişləndirərək, tələbatı ödəməsindən və xarici idxaldan asıllığın aradan qaldırılmasından asılı olacaq”.

 

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600