!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükçülər külli miqdarda siqaret, mobil telefon və qaz balonları müsadirə edib

!Reklam – Yazi

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşı ilə idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına mütləq bəyan edilməli hər hansı əşyanın olub olmaması barədə sorğu-sual aparılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Yeniçağ.Az-a verilən məlumata görə, həmin şəxs gömrükçülərə üzərində və idarə etdiyi avtomobildə gömrük nəzarətinə bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Qanunvericiliyə uyğun olaraq avtomobildə və sürücünün üzərində aparılan gömrük yoxlaması zamanı isə külli miqdarda siqaret, mobil telefonlar və qaz balonları aşkar olunub.

Belə ki, avtomobilin ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən, üzərində “Marlboro” sözləri yazılan 8 min ədəd siqaret, nəqliyyat vasitəsinin yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 1 ədəd “Samsung Galaxy J5(6)”, 1 ədəd “Samsung Galaxy J5 Prime” markalı mobil telefonlar, arxa oturacağın üzərindən və yük yerindən gömrük orqanına bəyan edilməyən 6 ədəd qutusunun üzərində “Dupont Freon R 22” yazısı olan, kondisionerlərdə istifadə eilməsi nəzərdə tutulan qaz balonları aşkar edilib.

Daha sonra sürücünün üzərinə gömrük baxışı keçirilib və 5 ədəd “Samsung Galaxy J3” (6)”, 1 ədəd “Samsung Galaxy J2 Prime” markalı telefonlar da aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Yeniçağ.Az

www.yenicag.az

791
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv