!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gömrükdə külli miqdarda xarici valyutanın keçirilməsinin qarşısı alındı

!Reklam – Yazi

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Yenicag.az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Azərbaycandan Gürcüstana “Mersedes Benz travego” markalı avtobusla gedən Türkiyənin iki vətəndaşının üzərində “Sınıq Körpü” gömrük postunda şəxsi yoxlama aparılıb.

Baxışdan öncə, həmin şəxslərdən biri üzərində gömrük orqanına bəyan edilməli hər hansı malın olmadığını, digəri isə üzərində 1000 Türkiyə lirəsinin olduğunu bildirib.

Lakin yoxlama zamanı hər iki şəxsin üzərində gömrük nəzarətindən gizlədilən cəmi 40.000 dollar aşkar edilib.

COP29

www.yenicag.az

1355
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv