“Google” işçilərini Rusiyadan köçürür

media-hightechnic-468x90

Amerikanın “Google” şirkəti öz işçilərini tədricən Rusiyadan kənara köçürür.

Yenicag.az xəbər verir ki, bu barədə şirkətdəki mənbələrə istinadən Bloomberg agentliyi məlumat yayıb.

Məxfi mənbələr agentliyə bildiriblər ki, “Google” hələ də Rusiyada fəaliyyətini dayandırmasa da, korporasiya bir neçə həftə əvvəl öz işçilərini sakitcə ölkədən köçürməyə başlayıb.

“Bloomberg” qeyd edir ki, “Google” sözçüsü vəziyyətlə bağlı şərh verməkdən imtina edib. Bundan əvvəl “Google”a məxsus videohostinq xidməti olan “YouTube” Rusiya dövləti tərəfindən maliyyələşdirilən media hesablarının dərhal bloklandığını elan etmişdi.

Videohostinq, həmçinin Rusiyadakı platformasında bütün monetizasiya üsullarını dayandırıb və platformanın daxili tələblərinə uyğun gəlmədiyi təqdirdə Ukraynada keçirilən hərbi əməliyyat mövzusunda məzmunu silməyə başlayıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa