NAZİRLİYİN "DİSTANT" NAĞILI: "İnterneti olmayan kənddə hansı təhsildən danışırsınız?" - VİDEO

media-hightechnic-468x90

Təhsil sahəsində son illər atılan addımlar, xüsusilə distant təhsil, dərsliklərin məzmunu və müəllimlərin yerləşdirilməsi ilə bağlı qərarlar ciddi müzakirələrə səbəb olur.

Mövzu barədə Yenicag.az-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca mövcud vəziyyətin təhsilin keyfiyyətinə mənfi təsir göstərdiyini deyib. Ekspertin sözlərinə görə, kənd məktəblərində distant təhsilin tətbiqi real imkanlarla uzlaşmır:

media-d91ae6e7-3a67-4b09-8171-9f5d242bd9c6

“Kənd məktəblərində distant təhsil olmasından danışırlar. Hansı distant təhsildən söhbət gedir ki, sən normal internet verə bilmirsən, şəhər məktəblərini kompüterlə təmin edə bilmirsən? Kənd məktəbi hansı internetlə qoşulacaq o distant təhsilə?”

Şəmsi Qoca bildirib ki, dərsliklərin məzmunu şagirdlərin yaş və qavrama səviyyəsinə uyğun deyil:

“Birinci sinif şagirdinin dərk etmə səviyyəsi var. Amma elə material verilir ki, beşinci sinif şagirdi səviyyəsindədir. Beş-altı yaşlı uşaq bunu necə qavrayacaq? Dərsliklərdə materiallar bir-birini təkzib edir. Altıncı sinifdə oxuduğunu onuncu sinifdə təkzib eləyirlər.”

Şəmsi Qoca müəllimlərin bölgələrə göndərilməsi mexanizmini də tənqid edib. Onun sözlərinə görə, müəllimlər daimi yaşamaq üçün deyil, məcburiyyətdən uzaq rayonlara gedirlər:

“Şamaxının müəllimləri Sumqayıtdan maşın tutub gedib-gəlirlər. Müəllim orada qalmır, çünki motivasiya yoxdur. Gedirlər ki, bir gün yer dəyişmə edib Bakıya qayıtsınlar. Bakıdan Neftçalaya müəllim gedib qayıtmaz, Sumqayıtdan Şamaxıya gedib dərs deyib qayıtmaz. Amma bu indi adi hala çevrilib.”

Ekspert bildirib ki, uzun məsafələr qət edən müəllimlərin dərs keyfiyyəti də istər-istəməz aşağı düşür:

“Müəllim saat beşdə yuxudan durub, mürgülü-mürgülü maşında Şamaxıya gedib dərs deyir. O dərsdən nə keyfiyyət gözləmək olar? Yolda da o qədər hadisə olur ki… Budur sizin motivasiya dediyiniz məsələ.”

Ekspert bildirib ki, bütün bu problemlər səriştəsiz idarəetmənin nəticəsidir və hazırkı yanaşma Azərbaycan təhsilinə ciddi zərər vurur.

Ətraflı videomaterialda:

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa