Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi - FOTO

media-hightechnic-468x90

 

Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü, filologiya elmləri doktoru Elnarə Akimova yanvarın 22-də Sumqayıt şəhəri, Dəmir yolu Yük həyəti yaşayış massivində səyyar görüş keçirib.

Görüş zamanı deputat ərazidə yaşayan sakinlərin sosial-məişət problemləri ilə yerində tanış olub, onların müraciət və narahatlıqlarını diqqətlə dinləyib. Səyyar görüşdə Sumqayıt şəhəri 3 nömrəli sahə inzibati ərazi dairə üzrə nümayəndəliyinin məsləhətçisi Aslan Hacılı də iştirak edib.
Sakinlər əsasən kanalizasiya xətlərinin olmaması problemi ilə bağlı narahatlıqlarını bölüşüblər.

Bildirilib ki, kanalizasiya sisteminin mövcud olmaması səbəbindən evlər çirkli və üfunətli sular altında qalır. Bu da ciddi sanitariya və sağlamlıq problemlərinə yol açır. Xüsusilə, yağışlı havalarda vəziyyət daha da ağırlaşır.
Millət vəkili səsləndirilən bütün məsələləri diqqətə alıb və onların həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını bildirib. Onun sözlərinə görə, bu cür səyyar görüşlərin əsas məqsədi vətəndaşların problemləri ilə birbaşa tanış olmaq və qanuna müvafiq şəkildə həlli üçün konkret addımların atılmasına şərait yaratmaqdır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa