MANAF KİMDƏN GİLEYLƏNDİ: “Həyatda görmədiyin pulları vermişəm sənə”
“Sən bunları necə unuda bilərsən? Allahdan qorxmursan?”
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişində deyib.
Müğənni yaxşılıq etdiyi, amma yaxşılığını itirən müğənnilərdən gileylənib:
“Maddi, mənəvi cəhətdən əlindən tutub səhnəyə gətirdiyim adam deyir ki, sən neyləmisən, elə özüm oxuyurdum da. Adam yanıb-yanıb tökülür. Həyatda görmədiyin pulları vermişəm sənə. Bilirəm sən kimlə oxuyanda hansı pulu alırdın, mənimlə gedəndə hansı pulu alırdın. Bir ilin içində özünə ev, maşın aldın. Efirlərə, Türkiyəyə, Dubaya, dünyanın hər yerinə apardım. Sən bunları necə unuda bilərsən? Allahdan qorxmursan? Heç nə ummuram, mən yaxşılıq etməyi qarşıma məqsəd qoymuşam. Sadəcə olaraq de ki, Allah köməyin olsun. Amma kimə heç nə etməmişəmsə, ondan hörmət görmüşəm”.
Nehru












