Toliki əvəzləyən aparıcı canlı yayımda GÖZ YAŞI TÖKDÜ
Canlı yayımda səhhətində problem yaranan və xəstəxanaya aparılan aparıcı Tarix Əliyevi “Tarixin bir günü” verilişində həmkarı və yaxın dostu İsa Şükürov əvəzləyib.
Yenicag.az xəbər verir ki, dostunun səhhəti barədə danışan İsa göz yaşlarına hakim ola bilməyib. O, tezliklə Tolikin efirə qayıdacağı günü səbirsizliklə gözlədiyini bildirib.
“Səni nə qədər istədiyimi özün bilirsən. Arada dalaşırıq, sözümüz üst-üstə düşmür, amma səni o vəziyyətdə görməyə öyrəşməmişdim. Kaş həmişəki kimi mənimlə mübahisə edəsən, əvvəlki kimi çılğın olasan. Mənim əziz, dəli və ən əsası sadiq qayğıkeş dostum”.
Nehru












