“Google”nin heç bilinməyən sürprizləri – SINAYIN

media-hightechnic-468x90

06_dGoogle artıq bizim həyatımızın vazkeçilməzlərindən biridir. Fəqət biz Googleni nə qədər bilirik?

YENİCAG.AZ xəbər verir ki, bu axtarış saytı gizli və əyləncəli sürprizlərlə zəngindir. Məsələn, “Google”a ”do a barrel roll” yazdığınızda nə baş verdiyini bir yoxlayın.

“Do a barrel roll” yazdığınızda bütün səhifə fırlanmağa başlayacaq.

Və ya  “What is the loneliest number” (ən yalnız rəqəm hansıdır?) yazdığınızda Google sizə “1” cavabını verəcək.

“Google”a “Askew” və ya “tilt” yazıb, axtarış verdikdə, səhifənin bir az yana yatdığını görəcəksiniz.

“Google gravity” yazıb, sonra “mən şanslıyam” düyməsinə basın. Google parça-parça olacaq və istədiyiniz parçanı “siçan” ilə o tərəf-bu tərəfə atmaqda sərbəstsiniz.

Ya da istərsəniz, “Google”də  ”let it snow” (qar yağdır) yazın…

Bir anda qar dənələri ekranınıza yağmağa başlayacaq.

“Google”nin sürprizləri bitmir…

 

Yoxlamağa dəyər…

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600