Goranboy qətliamını törədənin qardaşı intihar etdi

media-hightechnic-468x90

66580Oktyabrın 1-də bir ailənin 7 üzvünü qumbara ilə partladaraq öldürən Goranboy rayon sakinin qardaşı intihar edib. Qətli törədən Rafiq Hüseynovun qardaşı 1984-cü il təvəllüdlü Hüseynov Müzəffər İsaq oğlu özünə qəsd edib.

R.Hüseynovun 1941-ci il təvəllüdlü atası İsaq Hüseynov oğlunun asılmış cəsədini görüb. Bundan sonra onun ürəyi partlayaraq ölüb.

Qeyd edək ki, hadisə oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində qeydə alınıb.

Rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gəlmiş kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.
Ölənlərdən İ.Məmmədov 3 yaşlı olub.

R.Hüseynov könüllü olaraq Goranboy rayon polis şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

İlkin məlumata görə, hadisəyə səbəb qısqançlıq olub. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600