Goranboyda bədbəxt hadisə - 65 yaşlı kişi atdan yıxılıb öldü
Goranboy rayon sakini atdan yıxılaraq ölüb.
Yenicag.az-ın məlumatına görə, hadisə rayonun Erkəc kəndi ərazisində baş verib.
Rayonun Qarasüleymanlı kənd sakini, 1954-cü il təvəllüdlü Mehdiyev Mehdi Ağamməd oğlu Erkəc kəndindəki Qulandağ adlanan ərazidə mal-qara otararkən atdan yıxılıb.
M.Mehdiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır./Trend/