Goranboyda DƏHŞƏTLİ QƏTL - Bacı-qardaş öldürüldü

media-hightechnic-468x90

Goranboy rayonunda üzərində kəsici alətlə yetirilmiş xəsarətlər olan iki nəfərin meyiti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, rayonun Qarasüleymanlı kəndi yaxınlığında yerləşən torpaq sahəsindən 1970-ci il təvəllüdlü Pərviz Namazov və onun bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın üzərində kəsici alətlə yetirilmiş xəsarətlər olan meyitləri aşkar edilib.

Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qarasüleymanlı kənd sakini 1965-ci il təvəllüdlü İlham Haqverdiyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600