Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Gorbagor” olan BİŞKEK PROTOKOLU: “O sənədin imzalanması bizə vaxt qazandırdı” – Polkovnikin ŞƏRHİ

Reklam: High Technic

“Həmin sənəd imzalananda heç kim düşünmürdü ki, danışıqlar bu qədər uzanacaq, Minsk qrupu öz missiyasını yerinə yetirə bilməyəcək”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 1994-cü il mayın 12-də imzalanmış Bişkek protokolunun Vətən Müharibəsi sayəsində əhəmiyyətini tamamilə itirməsini şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Şair Ramaldanovun sözlərinə görə, “Bişkek protokolu”nun imzalanmasında məqsəd o dövrdə aktiv döyüşlərin dayandırılması olub:

“Bişkek protokolundan sonra məsələ sülh yolu ilə həll olunmalı idi. Bunun uzanmasının səbəbi isə Ermənistanın konstruktiv mövqe tutmaması idi. Azərbaycan da öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verə bilməzdi. Azərbaycan hər zaman öz torpaqlarını azad etmək niyyətinin birmənalı olduğunu bəyan edib. O baxımdan, iki tərəfin maraqları toqquşurdu.

1994-cü ildə Ermənistan aktiv hücum əməliyyatları apara bilmirdi, Azərbaycan onların hücumunu dayandırmışdı. Ordumuz həmin ilin yanvarında uğurlu Horadiz əməliyyatı keçirərək 22 kəndi və 1 qəsəbəni işğaldan azad etmişdi. Bununla belə, bizdə də müəyyən çatışmazlıqlar özünü göstərirdi. Müəyyən mənada pat vəziyyəti yaranmışdı. Məhz belə bir şəraitdə Bişkek protokolu imzalandı.

Bişkek protokoluna əsasən, münaqişə sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapmalı idi. Həmin sənəd imzalananda heç kim düşünmürdü ki, danışıqlar bu qədər uzanacaq, Minsk qrupu öz missiyasını yerinə yetirə bilməyəcək. Ötən illər ərzində Azərbaycan həm ordusunu, həm də iqtisadiyyatını inkişaf etdirirdi ki, danışıqlar nəticə verməsə, güc variantından istifadə etsin. Zaman keçdikcə güc variantı daha da aktuallaşdı.

Mən düşünmürəm ki, Bişkek protokolunun imzalanması səhv olub. Fikrimcə, Bişkek protokolunu imzalamaqla vaxt qazandıq və hazırlıq işlərinin həyata keçirilməsi üçün imkan əldə edildi.

Danışıqların davam etməsinə baxmayaraq, son bir neçə ildə artıq “barıtın qoxusu” gəlirdi. Prezident İlham Əliyev bir dəfə açıqlamasında bildirmişdi ki, Azərbaycanla Ermənistan meydanda təkbətək qalsa, düşməni darmadağın edib torpaqlarımızı qısa müddətdə işğaldan azad edərik. Nəticədə Ermənistanla təkbətək qalmaq üçün zəruri siyasi gedişlər edildi. 2016-cı il Aprel döyüşlərindən sonra bu proses daha da sürətləndi. 2020-ci ilin Tovuz döyüşlərindən sonra Azərbaycan hücum diplomatiyasına üstünlük verdi və yekunda Ermənistanla meydanda təkbətək qalaraq işğalda olan torpaqlarını azad etdi. Müharibənin sonunda məlum üçtərəfli bəyanat imzalandı”.

Polkovnikin fikrincə, müharibənin yenidən alovlanmaması üçün Ermənistan 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməlidir:

“O bəyanatda 9 bənd var. Azərbaycanın birinci növbədə ərazi bütövlüyü bərpası, sülhməramlı missiya, Zəngəzur dəhlizi və digər məsələlər orada əks olunub. Bunların heç biri Azərbaycanın mövqeyinə zidd deyil. Üçtərəfli bəyanat hüquqi sənəddir. Onu Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistanın baş naziri imzalayıb.

Bu sənədin tələbləri yerinə yetirilməlidir. İstər Bişkek protokolu, istərsə də üçtərəfli bəyanat tam hüquqi sənəddir. 10 noyabr bəyanatı əsasında işçi qrupları da yaradılıb. Bunlar onu göstərir ki, hər üç tərəf bəyanatın yerinə yetirilməsi üçün işlər görür, hüquqi baza hazırlayır”.

Səxavət Məmməd

Loading...

www.yenicag.az

292
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100