Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Gövhərli və Çahar kəndlərinə təbii qaz verilib

Ümumilikdə 440 obanenti olan İmişli rayonun Çahar və Gövhərli kəndlərinə təbii qaz verildi.

Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir. Kənd yolları da abadlaşdırılır, yeni sosial obyektlər inşa edilir.

Sonda rayon icra başçısı cənab Vilyam Hacıyev kənd sakinləri ilə görüşərək onların problemləri ilə yaxından tanış olub, və həll olunması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Yeniçağ.az

www.yenicag.az

407