Göyçayda partlayış: yaralananlar var

Göyçayda evdə partlayış olub.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kürd kəndində qeydə alınıb. Kənd sakinlərindən birinin evində baş verən partlayış nəticəsində iki nəfər (ər və arvad) yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.