Paytaxtda oğurladıqları bank kartı ilə alış-veriş edən şəxslər saxlanıldı

media-hightechnic-468x90

Paytaxtın Yasamal rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxslər tərəfindən zərərçəkənin bank kartından 5000 ABŞ dolları oğurlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı Q. Abbasova və 20 yaşlı Ş. Əmiraslanova saxlanılıblar. Araşdırmalarla müəyyən edilib ki, onlar zərərçəkənin bank kartını oğurladıqdan sonra hesabındakı maddi vəsaiti nağdlaşdıraraq alış-veriş ediblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05