Göygöldə iki avtomobil toqquşdu

media-hightechnic-468x90

publika.az1395176317azeri-news-399776_oAzərbaycanın Göygöl rayonunda bacı və qardaşın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Hadisə mayın 15-də saat 11.00 radələrində rayonun Yeni Qızılca kəndində qeydə alınıb. Daşkəsən rayon Bayan kənd sakini, 1997-ci il təvəllüdlü Ruslan Məhərrəmovun idarə etdiyi “VAZ21011” markalı avtomobillə “Ural” markalı yük avtomobili toqquşub. Nəticədə “VAZ21011”-in sürücüsü və onun bacısı, 1995-ci il təvəllüdlü Ayşən Məhərrəmova yaralanaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05