!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gözü görməyən əsgərin anası Zakir Həsənova SƏSLƏNDİ

!Reklam – Yazi

1453445412_img1595752Vətəninfo.az xəbər verir ki, oğlu Ağcəbədi bölgəsində xidmət edən Cəfərova Məlahət Hüseyin qızı Azərbaycan Müdafiə naziri Zakir Həsənova redaksiyamız vasitəsi ilə açıq məktubunun yayılmasını istədi.Bizdə əsgər anasının bu fəryadını olduğu kimi yayımlamaq qərarına gəldik.

Hörmətli, General, Polkovnik Cənab Zakir Həsənova açıq məktub.

Cənab Nazir!

Son zamanlar Azərbaycan Respublikasının Ordu quruculuğuna verdiyiniz töhvələr, aparılan ədalətli islahatlar və uğurlu hərbi addımlar vətəndaşlar tərəfindən təqdirəlayiq hal olaraq qəbul olunur. Qafqazın ən güçlü ordularından birinə sahib olan Azərbaycan Milli Ordusu hər bir vətəndaş kimi bizim də fəxrimizdir.

Cənab Nazir, mən Cəfərova Məlahət, sivil azərbaycanlı ailənin evdar xanımıyam. Gözümün ağı-qarası bir oğlum var, o da orta məktəb dönəmində dərsdən sonra işləyib bizə baxırdı. Orta məktəbi bitirən kimi rayonun Hərbi Komissarlığından çağırış kağızı gəldi. Və balamı, gözünün 60% görməyən və ayağının altı düz olan, üstəlik bədən çəkisi və ölçüsü hərbi xidmətə yaralı olmayan övladımı Milli Ordu sıralarına, üstəlik düşmənlə üzbə-üzə Ağcabədi postuna cəlb olunub. Gözü görməyən insanı posta nə deyib çıxardırlar başa düşmək olmur.

Oğlum uşaq vaxtlarında epilepsiya keçirdib. Baxmayaraq ki, yoxlanış edən komissiya ilk olaraq uşağı yoxlanış zamanı geri qaytarmaq istəyirmiş, lakin sonradan bizə məlum olmayan bəzi səbəblərdən fikirlərindən daşınıblar. Övladım hazırda xidmət göstərdiyi hərbi hissədə su çiçəyi deyilən və sətəlcəm xəstəliyinə yoluxub. “Sançastda” “zelyonkadan” vurub usagı guya sağaltmağa çalışıblar, qızdırmadan halbahal olan uşağıma neçə saat sonra iynə tapıb vurublar, övladımın həyatından çox narahatam! Ayrıca ayağının altından yara çıxıb Füzuli qospitalından gələn hərbi həkim “boş şeydir” deyib onunla maralanmıyıb, infeksiya düşüb ayağına.Yenə deyirəm övladımın həayından çox narahatam.

Oğlumun gözünün 60%-nin görməməsinə rəğmən, ayağının altının düz olmağına rəğmən, üstəlik uşaq vaxtın keçirtiyi epilepsiyaya rəğmən yeganə oğlumu ön cəbhədə düşmənlə üz-üzə posta çıxardırlar. Sadaladığım faktlar qanunvericiliyə nə dərəcədə uyğundur bilmirəm.

Sizdən, gözünün ağı-qarası bircə oğlu olan və onun dərdindən xəstə düşən bir valideyin olaraq xahiş edirəm, bu məsələdə mənə köməklik göstərəsiniz.

Övladım hazırda Ağcabədidə yerləşən N saylı hərbi hissədədir. Suçiçəyi və sətəlcəm xəstəlikləri sağalmamış, qızdırmalı halda posta yollayırlar yenidən, balamın həyatından çox narahatam, xahiş edirəm mənə kömək edəsiniz. Övladıma bir şey olsa mən də yaşayammaram.

Səlahiyyətli şəxslərə iradımızı bildirməyimizə baxmayaraq məsələni kimsə araşdırmır. Buna görə də məcbur olub Sizə media vasitəsilə açıq məktubla müraciət etməli oldum.

www.yenicag.az

806
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv