Reklam

Reklam

Bakıda “Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından 20 yaşlı qız komaya düşüb.

Yenicag.az Medicina.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 30-da qeydə alınıb. Belə ki, damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub. Həkimlər qızın sağalacağına ümid etmirlər.

A.Mirzəyevanın atası Əlimusa Mirzəyev məsələ ilə bağlı Medicina.az-a danışarkən bildirib ki, xəstəxana heyəti qızın komnaya düşdüyünü ailəsindən gizlədib: “Hadisə ayın 30-da olub. Lakin bizdən gizlədirdilər. Deyəndə ki, niyə uşağı görə bilmirik, deyirdilər, boğazının altında problem yaranıb, həll olunur. Daha onun komada olduğunu demirdilər. Görünən odur ki, işin üstünün açılmasından qorxublar və bizə demədən özləri həll etmək istəyiblər. Bacarmadıqda isə məcbur olub açıqlayıblar”.

Ə. Mirzəyev qızının əməliyyatı üçün həkimin 6400 manat pul istədiyini bildirib: “Qızımı həkimə gətirəndə dedilər ki, sadə əməliyyatdır, heç bir həyati təhlükəsi ola bilməz. Əməliyyat xərcinə gəldikdə isə 6400 manat pul istədilər. Biz də razılaşdıq və öncədən 3150 manat ödədim. Mən hardan bilərdim ki, başımıza belə bir oyun açacaqlar?!”

Məsələ ilə bağlı əməliyyatı edən həkim İlqar Hüseynov əməkdaşımızın suallarına cavab verməyib: “Saat 5-dən sonra zəng edərsiniz”.

Baş həkim Həbib Yüzbaşov da danışmağa vaxtının olmadığını bildirib.

***

İlqar Hüseynov Medicina.az-la əlaqə saxlayaraq bildirib ki, hansısa tibbi hadisədə həkim səhvinin olub-olmadığını adi vətəndaş təsbit edə bilməz. Həkim A. Mirzəyevanın beyninə yad materialın getməsində öz səhvinin olduğunu isə nə təkzib edib, nə də təsdiq.

İlqar Hüseynovun açıqlamasını olduğu kimi təqdim edirik:

“Həkim səhvi belə bir şeydir ki, adi vətəndaş təsbit edə bilməz və ya başqa qeyri-ixtisas sahibi bu haqda nəisə deyə bilməz. Ona görə həkim səhvi söz birləşməsi olsa da, bunu təsbit etmək onların səlahiyyətində deyil. Ailədən gizlədilmə olmayıb. Qız reanimasiyada olsa belə, ailə övladlarının yanına buraxılıb. Bunlar ciddi məsələlərdir və telefon vasitəsilə bir cümlə ilə ifadə etmək çətin məsələdir. Şablon olaraq deməyim ki, hadisənin baş verməsi mənlik deyil, indi bu haqda heç nə deyə bilmərəm. Adi diş çıxarılması zamanı da ağrıkəsicinin təsiri altında insan komaya düşə bilər. Hazırda müalicəsi davam etdirilir. Sağala bilər”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1824
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."