"Bir qədər öncə Oqtay Güləliyevin müalicə aldığı Neyrocərrahlıq Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Arif Xasıyevlə əlaqə saxladım. Vəziyyəti stabil olaraq qalır, hemodinamik göstəriciləri stabildir. Əməliyyata götürülən gündən indiyə kimi 2-ci dərəcəli koma vəziyyətindədir. Pisləşmə yoxdur. İntensiv müalicə tədbirləri davam etdirilir”.