Güclü leysan Qubada 4 evi çökdürdü

imagesBu gün axşam saatlarında şimal bölgəsinə yağan güclü yağış bir sıra fəsadlar törədib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, nəticədə Qusar rayonunda 4 yaşayış evi çöküb.

Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Şahid Fərəməzovun APA-nın yerli bürosuna verdiyi məlumata görə, çökən evlərdən üçü Qusar şəhərində, digərisi isə rayonun Çiləgir kəndində yerləşir.

Leysan nəticəsində bəzi yaşayış evlərini su basıb. Əraziyə texnika cəlb olunub.