"Gücün hüquqdan üstün tutulduğu dövr..." — Azərbaycanın prinsipial mövqeyi dünyaya nümunədir

media-hightechnic-468x90

“Bu yanaşma Azərbaycanın müasir beynəlxalq çağırışlar qarşısında prinsipial mövqeyini əks etdirir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Züriyyə Qarayeva deyib.

media-fc9f524c-f7e5-4220-bd60-cfaa32d05d2c

O, yeni dünya nizamında beynəlxalq hüququn prinsip və normalarının formalaşma prosesindən, həmçinin Azərbaycanın bu sistemdəki mövqeyindən danışıb.

Siyasi şərhçi bildirib ki, dezinformasiyanın geniş yayıldığı, beynəlxalq hüquq prinsiplərinin çox zaman yalnız kağız üzərində qaldığı bir dövrdə Azərbaycan öz mövqeyini dünyaya aydın şəkildə nümayiş etdirərək nümunəvi yanaşma ortaya qoyub:

“Azərbaycan suverenliyin qorunması, ərazi bütövlüyü və digər fundamental məsələlərin həllində yalnız beynəlxalq hüquqa əsaslandı. BMT Nizamnaməsi, Haaqa Konvensiyaları, Helsinki Yekun Aktı və digər beynəlxalq hüquqi sənədlərin müddəaları rəhbər tutulmaqla bu problemlərin həllinə nail olundu. Bu gün dünyada hüququn işləmədiyi, gücün hüquqdan üstün tutulduğu hallar artmaqdadır. Müharibələr, işğalçılıq, separatçılıq və bəzi dövlətlərin digər ölkələrin ərazilərinə açıq iddiaları bunun bariz nümunəsidir”

Z. Qarayeva qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sistemi artıq səmərəli deyil:

“Yalta-Potsdam sisteminin artıq öz funksionallığını itirdiyi aydın görünür. Həmin sistemin əsas institutu olan BMT, əgər nizamnaməsində əks olunan prinsipləri real mexanizmlərlə təmin edə bilmirsə və yalnız bəyanatlarla kifayətlənirsə, bu, sistemin dəyişdirilməsinə ciddi ehtiyac olduğunu göstərir. Prezident İlham Əliyev də son illərdəki çıxışlarında beynəlxalq hüququn aliliyi prinsipinin qlobal səviyyədə pozulduğunu ardıcıl şəkildə vurğulayır”.

Siyasi şərhçinin sözlərinə görə, yeni formalaşacaq sistemdə hüquq sənədlərdə deyil, praktikada işləməlidir:

“Dövlətlərin suverenliyi, ərazi bütövlüyü, insan hüquqları, legitimlik və qanunilik məsələləri praktik mexanizmlərlə təmin edilməlidir. Yalnız bu halda Azərbaycan kimi beynəlxalq hüququn pozulmasından zərər çəkmiş dövlətlər hərbi gücə və ya diplomatik təzyiqlərə deyil, məhz beynəlxalq hüquqa arxalanaraq problemlərinin ədalətli həllinə nail ola bilərlər”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa