Gülən AKP-li deputatları şantaj edir? – 38 deputat “skandal”ının pərdəarxası
Türkiyədə 17 dekabr 2014-cü il əməliyyatında adı hallanan nazirlərin Uca Divana çıxarılıb-çıxarılmamasının parlamentdə səsverməsi yeni bir skandalı ortaya çıxarıb. Belə ki, Ərdoğanla Gülən arasında iplərin qopduğu və açıq düşmənçiliyin başladığı bu məsələdir. Az qala AKP-nin “namus” məsələsinə dönən bu mövzuda Ərdoğan keçmiş partiyasının partiyadaşlarının arxasında olmasını istəsə də, 38 deputat partiyasının qərarının əleyhinə səs verib.
AKP cəbhəsində şok effekti yaradan bu hadisə araşdırmaçı yazar, eyni zamanda AKP millət vəkili olan Şamil Tayyar tərəfindən “İçimizdəki xəyanət şəbəkəsinin Ərdoğana qarşı əməliyyatı” kimi dəyərləndirilib.
YENİCAG.AZ xəbər verir ki, Şamil Tayyar, partiya qərarına qarşı çıxan vəkillərin kim olduqlarının “48 saat içində müəyyənləşdirilməsinin və partiya içində ciddi bir təmizlik zamanının gəldiyinin” vacibliyini vurğulayıb.
” Bu bir vicdan məsələsi deyil, Rəcəb Tayyib Ərdoğana qarşı əməliyyatdır. İçimizdəki xəyanət şəbəkəsi Ərdoğana qarşı əməliyyat həyata keçirmişdir. Məqsədlərinə çata bilmədilər, amma daha bir siyasi əməliyyata cəhd etdilər”-deyə, fikrini tamamlayıb.
Şamil Tayyara dəstək Gülənə qarşı araşdırma yazıları ilə məşhurlaşan yazar Fatih Tezcandan gəlib. Yazar twitter hesabından həmin deputatların şantajla üz-üzə qalma ehtimalından bəhs edib:
“Ərdoğanın, ailəsinin və yoldaşlarının yaşadıqlarını, F.Gülən və Şəbəkəsinin etdiklərini düşündükcə, AKP-dəki xainlərə görə, utanıram. 2015-ci il seçimlərinə Yeni Türkiyə İnqilabını anlamış millət vəkilləri girməlidir. Belinə sahib olma! Önünə kassetlərini qoyduqları zaman ağla! Sonra gəl məclisə! Boyunduruğundan hara çəksələr, oraya da səs ver! Bu, adamlıq deyil! ”
Yenicag.az