“…Gülənə yardım edənlərin bütün var-dövləti müsadirə oluna bilər”

media-hightechnic-468x90

4252Gülən Şəbəkəsinin bütün mal-dövləti müsadirə oluna bilər. Bu barədə Türkiyə Böyük Millət Məclisinin Ədalət Komissiyasının başqan vəkili Haqqı Köylü açıqlama verib.

Onun sözlərinə görə, istintaq Gülənin terror təşkilatı olduğuna dair iş qaldırıb: “Məhkəmə bu iddianı təsdiq edərsə, sadəcə Gülən deyil, ona yardım edənlər də terrora yardım edən quruluşlar sayılacaq. Dolayısı ilə terrora yardım edənlərlə bağlı qanunlar həmin şəxslərin bütün var-dövlətinin müsadirə olunmasına hüquqi zəmin yaranacaq”.

Terror təşkilatı ilə cinayətkar qrup arasında fərqə də toxunan Köylü, Gülənə qarşı ittihamın terrorla əlaqədar olduğuna diqqət çəkərək, “Cinayətkar qrupa yardım edənlə bağlı cəzalar ayrıdır, terror təşkilatına edilən yardımla bağlı ayrı. Terrorla bağlı beynəlaxalq hüquq çərçivəsində ciddi mübarizə formaları var və iddialar təsdiqlənərsə, ona yardım edənlərə qarşı bu maddələr tətbiq oluna bilər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600