Reklam

Reklam

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, üçüncü yarış günündə 43, 49, 57, 65 və 73 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışıb. Bu çəkilərdə finala yüksələn idmançılar və 1 nəfər üçüncü yerin sahibi (hər çəkidə 3 nəfər olmaqla) Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin etmiş olacaq.

Yığmamız 4 çəkidə idmançı ilə təmsil olunub. Güləşçilərimiz 1 gümüş medalla yanaşı, Olimpiadaya 1 lisenziya da qazanıb.

Güləşçilərimizdən Şahanə Nəzərova (43 kq) ardıcıl olaraq Bolqarıstan və Fransa, Nigar Mirzəzadə (65 kq) isə Latviya və Belarus idmançılarını məğlub edərək yarımfinala yüksəlib.

Yarımfinalda Rusiya idmançısına da heç bir şans verməyən Şahanə həm çempionatın finalına yüksəlib, həm də Olimpiya Oyunlarına vəsiqə qazanıb. Gərgin keçən final qarşılaşmasında 2-2 bərabərlik qeydə alınsa da, texniki üstünlük rəqibdə olub və güləşçimiz gümüş medalla kifayətlənib.

Nigar Mirzəzadə isə yarımfinalda uduzaraq bürünc medal görüşünə haqq qazanıb. Moldova təmsilçisi ilə görüşü də uduzan güləşçimiz çempionatı beşinci sırada tamamlayıb.

Sevinc Əhədova (49 kq) isə təsəlliverici görüşdə qalib gələrək bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə onun rəqibi Ukrayna idmançısı olub. Görüşü məğlub başa vuran Sevinc Əhədova çempionatı beşinci sırada başa vurub.

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 881
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.