Güləşçilərimiz Avropa çempionu oldular
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Yenicag.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yarışan idmançı finalda serbiyalı Georgi Tibilovu məğlub edib.
Rəqibini 7:3 hesabı ilə üstələyən N.Məmmədli 2-ci dəfə Avropa çempionu adını qazanıb.
***
Azərbaycanın daha bir yunan-Roma güləşçisi, Həsrət Cəfərov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Yenicag.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı finalda bolqarıstanlı Əbu Müslim Amayevi məğlub edib.
Rəqibini 7:1 hesabı ilə üstələyən H.Cəfərov 3-cü dəfə Avropa çempionu adını qazanıb.