Güləşçimiz dünya çempionatında gümüş medal qazandı

media-hightechnic-468x90

Sərbəst güləşçimiz Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında gümüş medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından Yenicag.az-a bildirilib ki, çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz startda kolumbiyalı Sebastyan Rodrigesə heç bir şans tanımayıb – 13:2. Yığmamızın üzvü səkkizdəbir finalda Şri-Lanka təmsilçisi Kusumsiri Palamureyə də vaxtından əvvəl qalib gəlib – 10:0. X.Qadjiyev ermənistanlı Hrayr Alixanyana 4:2 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Moldovalı Vasili Diakonu minimal fərqlə (4:3) üstələyən X.Qadjiyev adını finala yazdırıb.

Təmsilçimiz həlledici görüşdə iranlı Məhəmmədsadiq Firuzpurbandpeylə qarşılaşıb və 2:5 hesabı ilə məğlub olaraq gümüş medalla kifayətlənib.

Beləliklə, sərbəst güləş üzrə millimiz dünya çempionatını 1 gümüş və 2 bürünc medalla başa vurub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600