!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gündəmə gətirilən və “itirilən” Güney Azərbaycan MƏSƏLƏSİ: “Əgər bu yanaşma dəyişməsə...” – MÖVQE

!Reklam – Yazi

“Güney Azərbaycan məsələsi yeni Turan layihəsinin əsas maddələrindən birini təşkil etməlidir”.

Bu fikirləri Güney Azərbaycanla bağlı ictimai aktivliyin sabit olmamasının səbəbləri haqda danışan keçmiş təhsil naziri Firudin Cəlilov Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, Güney Azərbaycan problemi həll edilmədən yeni Turanın qurulması mümkün olmayacaq:

“Bilirsiniz, Güney Azərbaycan problemi ilə məşğul olan ciddi bir qurum yaradılmadığı üçün bu məsələ belə də davam edəcək. Çünki Güney Azərbaycan mövzusi bir ara dəbə minir, hər yerindən duran, bilən-bilməyən o barədə fikir bildirməyə qalxır. Ancaq bir müddət sonra bu mövzu yenə arxa plana keçir. Səbəbi də dediyim kimi, bu məsələni sistemli şəkildə araşdıracaq ciddi qurumun olmamasıdır.

Yanaşma dəyişməsə, vəziyyət belə də qalacaq. Belə bir qurumu dövlətin yaratması doğru olmaz. Ancaq dövlət bu işə mütləq dəstək verməlidir. Verə bilər yox, məhz verməlidir. Ona görə ki, əgər türk dövlətləri birliyinin yaradılması nəzərdə tutulursa, Güney Azərbaycan problemi həll edilmədən o iş gerçəkləşə bilməz.

Güney Azərbaycan məsələsi yeni Turan layihəsinin əsas maddələrindən birini təşkil etməli və digər türk dövlətlərinin bu məsələyə yönəlik mövqeləri dəqiqləşdirilməlidir. Bu, tək Azərbaycanın yox, eləcə də Türkiyə və Orta Asiya türk dövlətlərinin ortaq problemidir.

Qurulacaq Turanın mərkəzi Güney Azərbaycandır. Bu məsələni görməzdən gələcəklərsə, o zaman Turan da yaradılmayacaq”.

A.Zeynalov

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv