Günel Səfərovanın növbəti izdihamlı görüşü keçirildi – FOTOLAR

9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatlığa namizəd Günel Səfərovanın 06 fevral tarixində təbliğat-təşviqat kompaniyası çərçivəsində izdihamlı görüşü keçirildi. Lakin təbliğat kompaniyasına bir gün qalmasına baxmayaraq Günel Səfərovanın ərazilərdə və öz qərargahında seçiciləri ilə görüşləri davam edir.

Yenicag.az xəbər verir ki, görüşdə 200-dən artıq seçici və eyni zamanda vətəndaş cəmiyyəti sektorunun nümayəndələri Mehriban Zeynalova, Əlimməməd Nuriyev, Vüsalə Hüseynli, Vüqar Tofiqli, jurnalistlər və digər tanınmış şəxslər iştirak edib. Seciçilərlə görüş çərçivəsində namizəd Günel Səfərova özü haqqında geniş məlumat vermiş və onları haqqında maraqlandıran suallara cavab vermiş ve seçiciləri seçki kompaniyasında fəal iştiraka səsləmişdir və bildirmişdir ki, saxtakarlığın qarşısını yalnız seçki günü seçkilərə gəlməklə almaq mümkündür.

Görüşdə seçiciləri seçkilərlə bağlı onları maraqlandıran suallara aydınlıq gətirilmiş və müvafiq cavablar verilmişdir.

Həmin suallardan biri seçkilərdə saxtakalıq olarsa bununla necə mübarizə yolları düşünürsüz? Buna cavab olaraq Günel Səfərova bildirib ki, hüquqi qaydada, qanun çərçivəsində məhkəməyə müraciət ediləcək və Avropa Məhkəməsinə gediləcəkdir. Lakin saxtakarlığın qarşısını almaq üçün priventiv tədbir olaraq müşahidəçilərin, nümayəndələrin, müstəqil jurnalistlərin məntəqələrə nəzarəti gücləndiriləcək.
Digər suallardan biri bu oldu ki, secildiyiniz təqdirdə təhsil sahəsində hansı yeniliklər etməyi və hansı məsələləri gündəmə gətirməyi düşünürsüz? Cavab olaraq Günel Səfərova təhsil sahəsində köklü islahatların aparılmasının labüd olduğunu bildirdi və eyni zamanda tələbələrin gediş haqqlarından azad olunması ve yaxud güzəştli gediş haqqlarının tətbiq edilməsi ilə bağlı məsələlər qaldıracağını bildirmişdir.

Görüşdə iştirak edən Mehriban Zeynalova Günel Səfərova ilə uzun müddət Qeyri Hökümət Təşkilatlarında çalışdığını hər zaman maddi və mənəvi cəhətdən aztəminatlı ailələrin, ehtiyacı olan insanların yanında olduğunu və onlara dəstək durduğunu vurğulamışdır. Sonda Mehriban Zeynalova seçiciləri aktiv olmağa və doğru namizədin Günel Səfərovanın yanında olmağa və dəstək durmağa çağırdı.

Eyni zamanda vətəndaşlar millət vəkillərinə inamsızlığı, onların problemləri ilə maraqlanmadığını, formal görüşlər keçirdiyini qeyd etdilər.

Seçicilər Günel Səfərovaya inandığını və 9 fevralda məhz ona səs verəcəklərini bildirdilər.

COP29