!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Günümüzün estetik-plastik əməliyyat FƏSADLARI: “Hər kəsin eyni çəkidə olması fikri düzgün yanaşma deyil” - XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Ehtiyacı olmadığı halda insanların estetik əməliyyat etdirməsi özgüvən əskikliyi, insanlara verilən dəyərin aşağı olması, kifayət qədər sevilməməsi, dəyər görməməsindən qaynaqlanır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar artan estetik əməliyyatlar və onun insan bədəninə vurduğu zərər haqda danışan psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, son vaxtlar estetik əməliyyata ehtiyacı olan da olmayan da həmin əməliyyatı etdirmək üçün həkimə müraciət edir:

“Günümüzdə estetik-plastik cərrahların sayı getdikcə çoxalıb. Biz davamlı olaraq, sosial şəbəkələrdə, televiziyada onların reklamlarını izləyə bilirik. Məlumdur ki, bəzi insanların artıq pulu olanda düşünür ki, istədiyi çəkiyə enə bilməsi üçün sağlam qidalanaraq arıqlamaqdansa, plastik əməliyyata müraciət edə bilər. Bəzən həqiqətən insanların ifrat dərəcədə qüsurlu bilindiyi, göründüyü üçün estetik əməliyyata ehtiyacı olur. Lakin son vaxtlar estetik əməliyyata ehtiyacı olan da, olmayan da həmin əməliyyatı etdirmək üçün həkimə müraciət edir. Ehtiyacı olmadığı halda insanların estetik əməliyyat etdirməsi özgüvən əskikliyi, insanlara verilən dəyərin aşağı olması, kifayət qədər sevilməməsi, dəyər görməməsindən qaynaqlanır. Fərdlər gözəlliyi daha asan əldə etmək üçün sözügedən əməliyyata üz tutur. Bu prosedurlara gözəllik sərgiləyən insanlar olduğu üçün teleaparıcıların, müğənnilərin müraciət etməsi daha normaldır. Bu gün evdar qadın, sıradan insanlar da estetik əməliyyat etdirir. Lakin heç kəs bunun fəsadı haqqında heç bir şey öyrənmədən bunu həyata keçirir”.

Psixoloq qeyd edib ki, ən çox diqqət çəkən məqam bu gün 50-60 yaşında olan insanların belə plastik əməliyyata getməsidir:

“Əgər bu gün insanlar özünə baxıb, komplekslərini görür və onları müəyyən müddətə düzəldə bilirsə, düşünürəm ki, özlərini riskə atmağa gərək yoxdur. Bəzi Avropa ölkələrində bir sıra estetik əməliyyatlar qadağan olunsa da, ölkəmizdə isə bu qadağa yoxdur. Ən çox diqqətimi çəkən məqamlardan biri də bu gün 50-60 yaşında olan insanların belə plastik əməliyyata getməsidir. 50-60 yaşında insanlarda yanaşı xəstəliklər ola bildiyi üçün həmin yaşda əməliyyatlara gedilməsini məsləhət görmürəm. Əgər hər hansı qüsurunuz, probleminiz varsa, onu özünüz düzətlməyə çalışın, yaxud həmin qüsuru görməzdən gəlin. Özünüzə güvəni, dəyəri artırsanız, həmin qüsur sizdən yox olacaq, ətrafdakılar da sizə dəyər verəcək. Bu gün gözəlliyin standartları da dəyişib. Yəni köklük və arıqlıq. Arıqlıq gözəllik demək deyil. Dünyada hər kəsin eyni çəkidə, fit olması fikri düzgün yanaşma deyil. Standartlar insanlarda müəyyən müddətdə var olur. Lakin insanların gel, dolğularla bədənlərinə vurduğu zərər daha sonralar da onlarla birlikdə gedir”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv