“Gürcüstan Dəmir Yolları” sərnişin reyslərini ləğv edi

media-hightechnic-468x90

“Gürcüstan Dəmir Yolları” əlverişsiz hava şəraiti ilə əlaqədar bu gün sərnişin reyslərinin bir çoxunu ləğv edib.

Yenicag.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları”nın məlumatında bildirilib.

Rikoti aşırımındakı dəmir yolu hissəsində problemlər yaranıb. Güclü qar və külək səbəbindən həmin əraziyə elektrik enerjisi verilmir.

Həm Şərqi Gürcüstandan Qərbi Gürcüstana, həm də əks istiqamətdə reyslər ləğv edilib.

Sinoptiklərin proqnozlarına görə, Gürcüstanda əlverişsiz hava şəraiti bazar gününə qədər davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600