Gürcüstanda Azərbaycan vətəndaşı saxlanıldı
Gürcüstanda xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışında ittiham olunan 1981-ci il təvəllüdlü E.A. adlı Azərbaycan vətəndaşı saxlanılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxsin üzərinə və yaşadığı yerlərə baxış zamanı 42 bağlamada “metadon” narkotik vasitəsi maddi sübut kimi götürülüb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Törədilmiş cinayət əməlinə görə 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.