Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə zəlzələ

Gürcüstanın cənub-şərqində zəlzələ qeydə alınıb.

Ölkənin Seysmoloji Monitorinq Milli Mərkəzindən verilən məlumata əsasən, yeraltı təkanlar paytaxt Tbilisidən 54 km aralıda, Kvemo-Kartli (Borçalı) bölgəsinin Salaməleyk kəndi yaxınlığında baş verib.

Günorta saatlarında müşahidə olunan 3.7 bal gücündə zəlzələnin episentri 10 km dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.