Gürcüstanda cinayətkarlıq 50%-dən çox artıb

media-hightechnic-468x90

Ötən il Gürcüstanda 58 mindən çox cinayət faktı qeydə alınıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik məlumatında bildirilib.

Bu göstərici illik müqayisədə 53,94% çoxdur. 2018-ci ildə törədilən cinayətlərin yalnız 20 mininin (34,64%) üstü açılıb.

Ötən il qonşu ölkədə qəsdən adam öldürmə halları da artıb. Hesabat dövründə, ümumilikdə, 75 qəsdən adam öldürmə faktı qeydə alınıb ki, bu da illik müqayisıdə 11,94% çoxdur.

2018-ci ildə ailədə zorakılıq halları 2017-ci ilin analoji göstəricisi ilə müqayisdə 122,17% artaraq 4,7 minə çatıb.

Hesabat dövründə Gürcüstanda 1,9 mindən çox oğurluq və 374soyğunçuluq faktı qeydə alınıb. Oğurluq halları illik müqayisədə 86,54%, soyğunçuluq halları isə 28,52% artıb./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600